"Şamaxı" "Kəpəz"i məğlub etdi

İdman

26.04.2026 19:46

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0.

68-ci dəqiqədə Rikardo Apolinario, 75-ci dəqiqədə Andrey Tirkoveanu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 35-ə çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla onuncudur.

Günün ikinci matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.

TodayPress TV

tag: Şamaxı,Kəpəz,PL,Qarabağ,Todaypress.tv,