"Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək

"Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək
11.10.2026 13:44 İdman

Bakıda "Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək.

TodayPress TV xəbər verir ki, qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq.

FIFA referisinə həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcək.

Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas , AVAR-da Josef Spurni əyləşəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-da, Bakı Olimpiya Stadionunda saat 20:45-də start götürəcək.

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər