Okeanlara göz qoydu... - Böyük suların adı dəyişdirilir?

Okeanlara göz qoydu... - Böyük suların adı dəyişdirilir?
11.10.2026 13:04 Dünya

ABŞ Prezidenti Donald Tramp Sakit və ya Atlantik okeanının adını öz şərəfinə dəyişmək niyyətində olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Tennessi ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.

“Bizə okean lazımdır. Ona görə də mən ya Atlantik, ya da Sakit okean haqqında düşünürdüm. Biz onu “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandıracağıq. Təxminən bu tərzdə bir şey”, - deyə dövlət başçısı bildirib.

Ağ Evin rəhbəri bu ideyanı prezidentlik müddəti başa çatana qədər reallaşdırmağın vacibliyini vurğulayıb.

Siyasətçinin fikrincə, Birləşmiş Ştatlara həmçinin “böyük çay” lazımdır. Bununla belə, Tramp Missisipi çayının adını dəyişmək fikrində olmadığını vurğulayıb, çünki bu adı çox sevir.

Bundan əlavə, Amerika lideri Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyini bir daha diqqətə çatdırıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər