Kiyevin arxasında qurulan maliyyə imperiyası: ABŞ-dən "riyakarlıq" ittihamı
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Ukraynaya silah göndərilməsinə çağırış edən amerikalı qanunvericiləri riyakarlıqda ittiham edib.
TodayPress TV xəbər verir ki, parlamentari vəziyyətlə bağlı şərhini "X" sosial şəbəkəsində paylaşıb.
O bildirib ki, Vaşinqtonun Moskva ilə Kiyev arasında sülh sazişinin bağlanması istiqamətindəki səylərinə qarşı çıxan siyasətçilərdən yalnız bir neçəsi danışıqlar zamanı müzakirə olunan məsələlər haqqında məlumata malikdir. Bu, həmçinin Rusiya ilə ticarət sazişinin Birləşmiş Ştatlara gətirə biləcəyi faydalara da aiddir. Luna Ukraynadakı hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb.
"Seçilmiş vəzifəli şəxslərin ABŞ-dən NATO-ya, bununla da Ukraynaya sursat göndərilməsinin davam etdirilməsinə çağırış etməsi faktı mövcud vəziyyətin riyakarlığını nümayiş etdirir", - deyə konqresmen qadın qeyd edib.
O əlavə edib ki, Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara ən başından rəhbərlik etməli idi. Lakin bunun əvəzinə Amerika parlamentinin bir çox üzvü Kiyevə səfər edib və "müharibə hesabına zənginləşərək fond bazarında alver ediblər".
Qanunvericinin yazdığına görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə danışıqları məqsədyönlü şəkildə uzadır.
Aysel Mətləb