Yerdə son 3 ayın ən güclü maqnit qasırğası başladı
Oktyabrın 10-da axşam saatlarında Yerdə son üç ayın ən güclü maqnit qasırğası başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, bu gücdə maqnit qasırğası sonuncu dəfə 2026-cı il iyulun 4-də müşahidə olunub.
Alimlərin sözlərinə görə, geomaqnit təlatümləri həftənin əvvəlində Günəşdə baş verən güclü aktivlik nəticəsində kosmosa atılan plazma buludlarının Yerə çatması ilə əlaqədardır.
Hazırda maqnit qasırğasının intensivliyi beşballıq şkala üzrə G3 — “güclü” səviyyəsində qiymətləndirilir.
Kübra Musayeva