ABŞ-dən gəmiyə zərbə: Omanda nə baş verdi?

ABŞ-dən gəmiyə zərbə: Omanda nə baş verdi?
11.10.2026 09:24 Dünya

ABŞ İranın dəniz blokadasını pozmağa cəhd etdiyi iddia olunan Oman körfəzindəki yük gəmisinə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM qüvvələri gəmi heyətinin dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq İranın davam edən dəniz blokadasını yarmağa cəhd etməsindən sonra Oman körfəzində kommersiya yük gəmisini sıradan çıxarıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, qırıcı təyyarə Panama bayrağı altında üzən “Ocean Molica” (bəyanatda “Arika Sun” kimi də qeyd olunur) gəmisinə zərbə endirib. CENTCOM-un iddiasına görə, hücum nəticəsində gəminin mühərriki sıradan çıxarılıb, heyət üzvlərinə isə heç bir xəsarət dəyməyib.

Qurumun məlumatına görə, gəmi daha əvvəl İran limanını tərk etdikdən sonra regional sulardan tranzitlə keçməyə cəhd göstərib.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər