ABŞ Prezidenti husilərlə əlaqə kanallarının olduğunu ELAN ETDİ
ABŞ Prezidenti Donald Tramp Yəməndə fəaliyyət göstərən husilərlə Vaşinqtonun əlaqə kanallarının olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə bazar günü Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib.
“Bizim husilərlə əlaqələrimiz var”, – deyə ABŞ lideri bildirib.
Tramp Ər-Riyaddakı hava limanına husilərin endirdiyi zərbəni dəhşətli hadisə adlandırıb. Onun sözlərinə görə, hücum nəticəsində 12 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
ABŞ Prezidenti, həmçinin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı keçirməyi planlaşdırdığını açıqlayıb.
Qiymət Mahir