Zaxarovadan Kallasa ağır sözlər: “Aİ ondan iylənir”

Zaxarovadan Kallasa ağır sözlər: “Aİ ondan iylənir”
11.10.2026 02:25 Dünya

Rusiya XİN sözçüsü Mariya Zaxarova Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallası tənqid edib.

TodayPress TV xəbər verir ki, Zaxarova Kallasın ABŞ-nin Rusiya dizel yanacağının tədarükünə tətbiq olunan sanksiyaları ləğv etməsini tənqid etməsinə cavab olaraq kinayəli ifadə işlədib.

“Plutarx deyirdi: balıq başından iylənməyə başlayır. İndi isə bu müdrikliyə bir əlavə yaranıb: Avropa İttifaqı da Kallasdan iylənməyə başlayır”, – deyə Zaxarova bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər