BƏƏ sahillərində tankerə PUA hücumu: 20-dən çox dənizçi xilas edildi

BƏƏ sahillərində tankerə PUA hücumu: 20-dən çox dənizçi xilas edildi
11.10.2026 11:54 Dünya

BƏƏ sahillərində "MT GEM No. 2" tankeri ilə baş verən hadisədən sonra 20-dən çox hindistanlı dənizçi xilas edilib və təhlükəsiz yerdədir.

TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın Dubaydakı Konsulluğu məlumat yayıb.

"Konsulluq göyərtəsində 22 hindistanlı dənizçinin olduğu "MT GEM No. 2" tankeri ilə bağlı insidentdən xəbərdardır. Onların hamısı xilas edilib və təhlükəsizlikdədir", - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Xatırladaq ki, daha əvvəl Panama bayrağı altında üzən "MT GEM No. 2" tankeri BƏƏ sahillərində pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb. Gəminin göyərtəsində 22 Hindistan vətəndaşı olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər