Hyustonda keçirilən ilk şahmat festivalında Azərbaycan şahmatçısı qalib gəldi
Texas ştatının Hyuston şəhərində Azərbaycan Şahmat Akademiyasının təşkil etdiyi ilk şahmat festivalı başa çatıb.
TodayPress TV xəbər verir ki, yarışda 9 ölkəni təmsil edən 26 şahmatçı, o cümlədən 10 qrossmeyster və 5 beynəlxalq usta iştirak edib.
Turnirə məğlubiyyətlə başlayan həmyerlimiz Vasif Durarbəyli ardıcıl qələbələr sayəsində liderliyi ələ alıb. O, son turda da qalib gələrək 5000 dollar məbləğində baş mükafata layiq görülüb.
Turnirin təşkilatçısı və baş hakimi Ülvi Bacarani qeyd edib ki, Texasda bu səviyyəli yarış ilk dəfə təşkil olunur və turnir güclü iştirakçı heyəti və mükafat fondu ilə ABŞ-də keçirilən bir çox yarışdan seçilir.
Ümumi mükafat fondu 13 000 dollar olan yarışda həm gənclər, həm veteranlar, həm də qadınlar üçün xüsusi mükafatlar təsis edilib.

