Tramp Zelenskini TƏNQİD ETDİ: “İki il əvvəl razılaşsaydı, bu gün…”

Tramp Zelenskini TƏNQİD ETDİ: “İki il əvvəl razılaşsaydı, bu gün…”
11.10.2026 11:25 Dünya

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna rəhbərliyi Rusiya ilə münaqişənin nizamlanmasına dair razılaşmanı iki il əvvəl imzalamalı idi. Onun fikrincə, həmin vaxt Kiyev daha əlverişli şərtlər əldə edə bilərdi.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə bazar günü Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, o, iki il əvvəl razılaşma əldə etsəydi, müdrik davranmış olardı. O zaman daha əlverişli vəziyyətdə olardı. İki il əvvəl daha sərfəli razılaşma əldə edə bilərdi”, – deyə ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski barədə danışarkən qeyd edib.

Tramp əlavə edib ki, münaqişənin həlli üçün çoxsaylı imkanlar olub, lakin onun fikrincə, Zelenski hansısa səbəbdən razılaşma əldə etmək istəmir.

ABŞ lideri Rusiyanın qələbə qazanmaq şansını daha yüksək qiymətləndirib. “Əgər uğur ehtimalını hesablasaq, tərəflərdən birinin digərindən bir neçə milyon nəfər çox əsgəri ola bilər”, – deyə Tramp bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər