Trampın ssenarisi iflasa uğrayacaq – Zelenskiyə kim arxa durur?

Trampın ssenarisi iflasa uğrayacaq – Zelenskiyə kim arxa durur?
11.10.2026 13:00 Təhlil

Beynəlxalq siyasətdə bəzən tək cümlə illərlə qurulan diplomatik balansı alt-üst edə bilir. Donald Trampın Vladimir Putinlə danışığının ardından Kiyevə ünvanladığı mesaj kimi. 

Tramp Ukraynada yeni prezident seçilməsinin vaxtının çatdığını bildirir və Zelenskini sülh müqaviləsinə mane olmaqda ittiham edir. Deməli, Vaşinqtonun Kiyevə olan dəstək şərtlərinin köklü şəkildə dəyişib. 

Bəs Müharibənin ən kritik mərhələsində gələn "siyasi hökm" münaqişənin gələcəyi üçün nə vəd edir? Zelenski hakimiyyətdən gedərsə, nə olacaq?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov bildirib ki, Trampın Ukraynaya, dolayısı ilə Zelenskiyə təsir imkanları artıq əvvəlki gücünü itirib:

“Vaşinqtonda, Ağ Evdəki Oval kabinetdə Trampla Zelenski arasında keçirilən mətbuat konfransı zamanı baş verən hadisələri bütün dünya gördü. Tramp həmin gün Zelenskiyə təsir imkanlarını, demək olar ki, itirdi. Sonrakı proseslər də göstərdi ki, Zelenski heç də düşünüldüyü kimi zəif fiqur deyil. Onun da arxasında dayanan qüvvələr var. Bu qüvvə Avropa idi. Avropa Ukraynanın bütün xərclərini öz üzərinə götürdü, ABŞ-dən silah alaraq Ukraynaya verdi.

İndi isə Ukrayna iki il əvvəlkindən daha güclüdür. Ukrayna öz silahlarından özü istifadə etməyə başlayıb. Artıq Rusiyanın bütün əraziləri təhlükəsiz deyil. Neft emalı zavodlarına, logistika obyektlərinə, data mərkəzlərinə, hərbi və ikili təyinatlı zavod və fabriklərə endirilən zərbələr, eyni zamanda, cəbhədə əldə edilən uğurlar onu deməyə əsas verir ki, Tramp Ukraynanın qarşısında bacardığı qədər maneələr yaradıb və yaratmaqda davam edir. Lakin Ukrayna bütün bunlara baxmayaraq, daha da güclənir”.

Analitik düşünür ki, belə bir vəziyyətdə Zelenskinin hakimiyyətdən getməsindən heç söhbət gedə bilməz:

“Zelenski özü istəsə belə, Avropa buna imkan verməz ki, Trampın təzyiqi ilə Ukraynaya daha itaətkar, ABŞ-nin maraqlarına uyğun hərəkət edən rəhbər gətirilsin. Bunun nəticəsinin nə olacağı da əvvəlcədən bəllidir: Rusiyanın tələblərinin həyata keçirilməsi. Hesab edirəm ki, Ukrayna xalqı müharibə dövründə nə qədər əzilsə də, bir o qədər mətinləşir və güclənir. Ona görə də Ukrayna xalqı bu günə qədər Rusiyanın qarşısında dik dayanan Zelenskinin arxasında sona qədər dayanacaq və heç bir təzyiqə boyun əyməyəcək”.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər