Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəldi

Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəldi
11.10.2026 10:07 İdman

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Avstriya millisi ilə qarşılaşıb.

TodayPress TV xəbər verir ki, rəqibi ilə 1/16 finalnda üz-üzə gələn yığmamız 4:0 hesablı qələbəyə sevinərək növbəti mərhələyə adlayıb.

Komandanın 1/8 finaldakı rəqibi Yaponiya seçməsi olacaq.

Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq) , Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.

Milli Gimnastika Arenasında baş tutan səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulub.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər