Rusiyalı bloger “Kamp Nou”nun açılışına dəvət aldı

Rusiyalı bloger “Kamp Nou”nun açılışına dəvət aldı
11.09.2025 12:17 İdman

İspaniyanın “Barselona” klubu rusiyalı bloger Hasbulla Maqomedovu (Hasbik) yenilənmiş “Kamp Nou” stadionunun açılışına dəvət edib.

TodayPress TV “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə Hasbik özü sosial şəbəkələrdə paylaşım edərək kataloniyalılardan aldığı məktubu göstərib.

Hasbik qeyri-adi antropoloji göstəricilərinə görə dünya şöhrəti qazanıb. Onun boyu 91 santimetr, çəkisi isə 19 kiloqramdır.

Qeyd edək ki, “Barselona” təmir olunmuş arenasında ilk oyununu sentyabrın 28-də “Real Sosyedad”a qarşı keçirəcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər