Reqbiçi rəqibini dişlədiyi üçün cəzalandırıldı
Fransalı qadın reqbiçi Aksel Bertumye rəqibini dişlədiyi üçün 12 oyunluq diskvalifikasiya olunub.
TodayPress TV “The Guardian” nəşrinə istinadən xəbər verir ki, hadisə reqbi üzrə Dünya Kubokunun pley-off mərhələsində baş verib.
Bertumye İrlandiya komandası ilə qarşılaşmada Aifa Ueyferi dişləyib. O, rəqibindən üzr istəsə də, 12 oyunluq diskvalifikasiya edilərək dünya çempionatı ilə birdəfəlik vidalaşıb.
Qarşıalaşma Fransa yığmasının 18:13 hesablı qələbəsi ilə başa çatıb.
Fransa millisi mundialın yarımfinalında İngiltərə yığması ilə qarşılaşacaq.
Namiq HUN