“Real”da kütləvi ayrılıq – 8 oyunçu siyahıya düşdü

İdman

18.04.2026 12:42

“Real Madrid” futbol klubunun prezidenti Florentino Peres mövsümün sonunda heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.

TodayPress TV “Sport.es”ə istinadən xəbər verir ki, klub rəhbərliyi artıq yayda komandadan ayrılacaq 8 futbolçunun siyahısını hazırlayıb.

Siyahıda ilk sırada yer alan oyunçu yarımmüdafiəçi Eduardo Camavinqadır. Bildirilir ki, o, ötən yay klubdan ayrılmaq istəmişdi.

Bundan əlavə, müdafiəçilər Fran Qarsiya və Raul Asensio, eləcə də yarımmüdafiəçi Dani Cebalyos ilə yolların ayrılması planlaşdırılır.

Klub, həmçinin müqavilələri başa çatan müdafiəçilər David Alaba və Dani Carvaxal ilə yeni sözləşmə imzalamaq niyyətində deyil.

Gənc hücumçular Franko Mastantuono və Qonsalo Qarsiya isə icarəyə göndərilə bilər.

Qeyd edək ki, “kral klubu”nun yay planlarında daha bir sensasiyalı variant da var. Vinisius Junior və ya Cud Bellinqemdən birinin satışı istisna edilmir.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Florentino Peres,Eduardo Camavinqa,Futbol,TodayPress TV,