“Real”da gərginlik: Arbeloa taleyi ilə bağlı danışdı!
“Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa komandadakı gələcəyi ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Son dövrlərdə “Bavariya” və “Jirona” ilə oyunlardakı məğlubiyyətlərdən sonra Arbeloanın istefası ehtimalı gündəmə gəlib. Lakin mütəxəssis bu məsələnin onu narahat etmədiyini vurğulayıb:
“Bu, mənim qərarım deyil. Gələcəyim məni düşündürmür. Qarşıda qalan yeddi oyun daha vacibdir”.
Arbeloa qeyd edib ki, əsas diqqət növbəti qarşılaşmaya yönəlib və komanda məhz meydanda özünü sübut etməlidir.
Qeyd edək ki, “kral klubu” növbəti turda “Alaves” ilə qarşılaşacaq. Hazırda “Real” 32 turdan sonra 70 xalla ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan 9 xal geri qalır.
Namiq HUN