“Real” əfsanəsi Mourinyo barədə diqqətçəkən danışdı

İdman

16.05.2026 15:58

Alvaro Arbeloa Joze Mourinyonun “Real Madrid” klubuna mümkün qayıdışı ilə bağlı fikirlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

“Kral klubu”nun baş məşqçisi komandanın paltardəyişmə otağında problem olması fikri ilə razılaşmadığını deyib.

“Paltardəyişmə otağında xaos ifadəsini başa düşmürəm və bununla razı deyiləm. Klub yeni mövsüm üçün baş məşqçi ilə bağlı qərarı lazım bildiyi vaxt verəcək. Mənim üçün həm futbolçu, həm də “Real” azarkeşi kimi Mourinyo ən yaxşısıdır”, - deyə Arbeloa bildirib.

İspaniyalı mütəxəssis portuqaliyalı çalışdırıcının klub üçün xüsusi fiqur olduğunu da vurğulayıb: 

“Mən bir ay əvvəl də belə düşünürdüm və fikrim dəyişməyəcək. O, bizimkilərdəndir və həmişə də belə olacaq. Mourinyo gələn mövsüm burada olsa, onu evində görməkdən çox xoşbəxt olaram”.

Namiq HUN

tag: Alvaro Arbeloa,Real Madrid,Kral klubu,Joze Mourinyo,TodayPress TV,