Ramalinqomdan dubl, “Sumqayıt”dan qələbə!
Azərbaycan Premyer Liqasının XXIX turunda “İmişli” klubu doğma meydanda “Sumqayıt”a məğlub olub.
TodayPress TV xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada hesab 34-cü dəqiqədə açılıb. Aleksandr Ramalinqom fərqlənərək qonaq komandanı önə keçirib - 0:1.
İlk hissə “Sumqayıt” klubunun minimal üstünlüyü ilə başa çatıb.
Matçda son nöqtə 85-ci dəqiqədə qoyulub. Yenidən fərqlənən Aleksandr Ramalinqom dubl edərək hesabı 0:2-yə çatdırıb.
Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və “Sumqayıt” klubu səfərdə vacib 3 xal qazanıb.
Namiq HUN