Qordonun transferi gündəmdə: “Nyukasl” danışıqlara hazırdır

İdman

21.04.2026 09:15

“Nyukasl Yunayted” klubu hücumçusu Entoni Qordon ilə bağlı qərarını verib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. 

“Sağsağanlar” 25 yaşlı futbolçunun transferini müzakirə etməyə hazırdır. Klub oyunçu üçün minimum 86 milyon avro tələb edir. 

Daha əvvəl “Liverpul” və “Arsenal”ın da futbolçu ilə maraqlandığı bildirilsə də, əsas namizəd Almaniyanın “Bavariya” klubudur. Yaxın vaxtlarda tərəflər arasında ilkin danışıqların aparılması gözlənilir.

Qeyd olunur ki, “Nyukasl” rəhbərliyi potensial satışdan ümumilikdə 90-100 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qordon cari mövsümdə bütün turnirlərdə 45 oyuna çıxaraq 17 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Nyukasl Yunayted,Entoni Qordon,Futbol,Transfer,Todaypress.tv,