“Qırmızı şeytanlar”ın yeni sükanı kimə tapşırılacaq?

İdman

25.04.2026 17:30

“Mançester Yunayted” klubunun baş məşqçi postu üçün namizədlərin siyahısı açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb. 

Klubun şərikli sahibi Cim Retkliff hələ də İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyti bu vəzifə üçün uyğun namizəd hesab edir.

Mənbənin məlumatına görə, Retkliff yüni mövsüm üçün “Mançester Yunayted”in baş məşqçi postuna Sautqeytin namizədliyinin nəzərdən keçirilməsində israrlıdır.

Bununla belə, əsas favorit hazırkı baş məşqçi Maykl Kerrik olaraq qalır.

Qısa siyahıda həmçinin İngiltərə millisinin hazırkı baş məşqçisi Tomas Tuhel, Almaniya yığmasının çalışdırıcısı Yulian Naqelsmann, “Aston Villa” klubunun baş məşqçisi Unai Emeri və mövsümün sonunda “Bornmut”dan ayrılacaq Andoni İraola da yer alır.

Yekun qərarın mövsümün sonunda veriləcəyi bildirilib.

Namiq HUN

TodayPress TV

tag: Mançester Yunayted,Klub,Baş məşqçi,Təyinat,Todaypress.tv,