Qəsəbə klubu çempion oldu
İsveçin 1500-dən az əhalisi olan Hallevik yaşayış məntəqəsinin “Myöllbü” futbol klubu tarixində ilk dəfə ölkə çempionatının qalibi olub.
TodayPress TV xəbər verir ki, “Myöllbü” XXVII turda səfərdə “Höteborq”u (2:0) məğlub etməklə bu uğura imza atıb.
Höteborq təmsilçisi üzərində qələbədən sonra hesabına 66-cı xalını yazan “Myöllbü” sona üç tur qalmış erkən çempionluğunu bayram edib. Lider ən yaxın izləyicisi olan Stokholmun “Hammarbü” klubunu 11 xal üstələyir.
Qeyd edək ki, 1939-cu ildə yaradılan “Myöllbü” klubunun İsveç çempionatında indiyə kimi ən yaxşı nəticəsi beşinci yer olub.
Namiq HUN