Zelenski Trampla münasibətlərindən danışdı: “Şəxsi ədavətimiz yoxdur, amma...”
Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə arasında şəxsi ədavət olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Kiyevdə keçirilən mətbuat konfransında deyib.
"ABŞ ilə münasibətlərdəki gərginlik Trampla şəxsi münasibətlərimizlə bağlı deyil. Söhbət Rusiyaya qarşı sanksiyaların ləğvindən gedir ki, bu da Vladimir Putini gücləndirə bilər. Putinə münasibətim tamamilə aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirəcəyik. Bu, mənimlə Prezident Tramp arasında şəxsi məsələ deyil. Təbii ki, sanksiyaların hər hansı formada ləğvinə qarşıyam", – deyə dövlət başçısı vurğulayıb.
Aysel Mətləb