"Real" Arda Güler ilə 5 illik müqavilə imzaladı

"Real" Arda Güler ilə 5 illik müqavilə imzaladı
22.10.2026 22:50 İdman

İspaniyanın "Real" (Madrid) klubu Türkiyə millisinin futbolçusu Arda Gülerlə yeni müqavilə imzalayıb.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, "Kral klubu" üç il əvvəl heyətinə qatdığı 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə barədə razılığa gəlib.

Qeyd edək ki, Arda Güler cari mövsümdə məhsuldar ötürmələri ilə diqqət çəkib.

XƏBƏR LENTİ
22 OKTYABR 2026
Bütün Xəbərlər