"Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi

İdman

25.04.2026 20:40

Premyer Liqanın XXIX turun daha bir oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.

Tura aprelin 27-də yekun vurulacaq.

TodayPress TV

tag: Liqa, Oyun, Araz- Naxçıvan, Qəbələ, todaypress.tv,