“Qarabağ”la oyundan əvvəl “Liverpul”da ciddi itkilər

İdman

22.12.2025 14:07

“Liverpul” klubunun futbolçusu Aleksander İsak UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunda forma geyinməyəcək.

TodayPress TV xəbər verir ki, hücumçu İngiltərə Premyer Liqasının XVI turunda “Tottenhem”lə oyunda (1:2) zədələnib.

MRT müayinəsinin nəticələrinə əsasən, İsakin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bundan əlavə, misirli forvard Məhəmməd Salah Afrika Millətlər Kubokunun oyunları ilə əlaqədar “Liverpul”un düşərgəsini tərk edib.

Bu səbəbdən klub rəhbərliyi yeni hücumçu axtarışlarına start verib.

Qeyd edək ki, 2026-cı il yanvarın 29-da “Enfild” stadionunda keçiriləcək “Liverpul” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

tag: Liverpul,Salah,Aleksander İsak,Zədə,Todaypress.tv,