“Qarabağ” yeni mövsüm üçün ilk addımını atdı!
Yeni mövsüm UEFA Avropa Liqasında çıxış edəcək “Qarabağ” ilk transferini reallaşdırıb.
TodayPress TV “Apasport.az”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Jali Muaddiblə müqavilə imzalayıb.
Bakı gələn fransalı futbolçu yekun danışıqlardan sonra sözləşməyə imza atıb.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, Jali Muaddibin son klubu Kiprin “Omoniya Aradippu”su olub.
Namiq HUN