"Qarabağ" növbəti transferini etdi

"Qarabağ" növbəti transferini etdi
17.07.2025 21:15 İdman

"Qarabağ" növbəti transferini reallaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi Samy Mmaeeni heyətinə qatıb. 28 yaşlı mərkəz müdafiəçinin son klubu Zaqreb "Dinamo"su olub.

Mərakeş əsilli oyunçu karyerası ərzində 204 oyuna çıxaraq 12 qol vurub və 6 qolun ötürməsini edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər