“Qarabağ” hakimini tanıdı
“Atletik” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, matçı FIFA referisi Igor Pajacın rəhbərlik etdiyi Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, “Atletik” - “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Namiq HUN