“Qarabağ” azarkeşləri önündə növbəti qələbəni hədəfləyir

“Qarabağ” azarkeşləri önündə növbəti qələbəni hədəfləyir
16.05.2026 09:50 İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun növbəti qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

TodayPress TV xəbər verir ki, “Qarabağ” klubu doğma meydanda “İmişli”ni qəbul edəcək.

Saat 17:00-da start götürəcək görüşü baş hakim Emin Əliyev idarə edəcək.

“Qarabağ” 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Aktivində 33 xal olan “İmişli” isə doqquzuncu sırada yer alıb.

Qeyd edək ki, XXXII tura mayın 17-də yekun vurulacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər