“Qarabağ” “Atletik”ə qarşı

“Qarabağ” “Atletik”ə qarşı
22.10.2025 09:25 İdman

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III  turu çərçivəsində səfərdə “Atletik Bilbao” ilə qarşılaşacaq.

TodayPress TV xəbər verir ki, Bilbaonun “Nuevo San-Mames” stadionunda keçiriləcək “Atletik” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi  2 oyundan 6 xal toplayıb. Azərbaycan çempionu Lissabonda “Benfika” klubunu 3:2, Bakıda isə Danimarka “Kopenhagen”ini 2:0 hesabı ilə məğlub edib.

“Atletik” isə turnirdə keçirdiyi hər iki oyunda da məğlub olub. İlk matçda  “basklar” doğma meydanda “Arsenal”a 0:2, ikinci oyunda isə səfərdə “Borussiya Dortmund” klubuna 1:4 hesabı ilə uduzublar.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər