"Qalatasaray"ın sabiq futbolçusu Türkiyəyə qayıtdı

"Qalatasaray"ın sabiq futbolçusu Türkiyəyə qayıtdı
22.07.2025 02:25 İdman

"Qalatasaray"ın sabiq futbolçusu Henri Onyekuru Türkiyəyə qayıdıb.

TodayPress TV xəbər verir ki, Super Liqaya yüksələn "Gənclərbirliyi" nigeriyalı vingeri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Henri Onyekurunun son klubu Səudiyyə Ərəbistanında "Əl-Fəyha" olub. O, 2018/2019 və 2020/2021 mövsümlərində "Qalatasaray"ın formasını geyinib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər