Böhran qərarı: “Mançester Yunayted” baş məşqçisi ilə gözlənilməz vida etdi!
“Mançester Yunayted” Maykl Kerriklə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, “Mançester Yunayted” klubunun mətbuat xidməti rəsmi saytı vasitəsilə baş məşqçi vəzifəsini icra edən Maykl Kerrikin istefaya göndərildiyini elan edib
.Klubun yaydığı məlumatda bildirilir:
“Mançester Yunayted” təsdiq edir ki, Maykl Kerrik baş məşqçi postunu tərk edib. Maykl yanvarda kluba qayıdıb və 2025/2026-cı illər mövsümünün qalan 17 matçında 12 qələbə qazanaraq komandanı Premyer Liqada üçüncü yerə çıxarıb və həmin dövrdə liqada ən çox xal toplayan komanda olub.
Mövsümün məyusedici başlamasından sonra klub məqsədlərimizə çatmaq üçün dəyişikliklərin zəruriliyi barədə son dərəcə çətin qənaətə gəldi. Maykl “Mançester Yunayted”in əfsanəsi olub və həmişə də elə qalacaq. O, futbolçu kimi olduğu kimi, klubdakı bütün fəaliyyəti müddətində də yüksək səviyyəli sədaqət və peşəkarlıq nümayiş etdirib. Onun liderlik keyfiyyətləri və ötən mövsüm əldə etdiyi nailiyyətlər hər zaman xatırlanacaq.
Klub mümkün qədər tez yeni daimi baş məşqçi təyin etmək niyyətindədir”.
Namiq HUN