Qadın futbolçulardan ibarət Azərbaycan millisi Andorranı məğlub etdi
İdman
18.04.2026 20:30
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.
TodayPress TV xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşıb.
Bakıdakı "Bank Respublika Arena"da təşkil olunan görüş Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.
Qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.
Bu nəticələrdən sonra Macarıstan 10 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.
tag: Qadın, Futbolçu, Milli,Andorra, todaypress.tv,
