Pyer Qasli “Alpin”lə müqaviləsini uzatdı
Fransız pilot Pyer Qasli “Alpin” komandası ilə müqaviləsini 2028-ci il mövsümünə qədər uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qasli 2018-ci ildən “Formula-1”də əsas pilot kimi çıxış edir. Onun yeganə qələbəsi 2020-ci il 6 sentyabrda keçirilən İtaliya Qran-prisində olub.
Hazırkı mövsümdə 29 yaşlı pilot şəxsi hesabda 20 xalla 14-cü pillədə qərarlaşıb.
Töhfə Səməd