Premyer Liqa: “Sumqayıt” “Qəbələ”yə qalib gəldi
"Sumqayıt" Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ"yə qalib gəlib.
TodayPress TV xəbər verir ki, meydan sahibləri "SOCAR Polymer Arena"da baş tutan görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib.
"Sumqayıt"dan Mamadi Banqre (6), İssa Suliman (9), Ronaldo Vaskez (29) və Lukas Blek (67), qonaqlardan isə Şahin Şahniyarov (25) fərqlənib.
Bu nəticədən sonra "Sumqayıt" turnir cədvəlində 5 xalla 8-ci, "Qəbələ" 4 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ilk matçında "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1.
Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.