ABŞ-dən gözlənilməz qərar: 5 yaşlı uşaqlara pul təklif edilir

ABŞ-dən gözlənilməz qərar: 5 yaşlı uşaqlara pul təklif edilir
10.10.2026 22:54 Dünya

ABŞ-də miqrant uşaqlara ölkəni tərk etmələri üçün 3 min dollar təklif olunur.

TodayPress TV xəbər verir ki, Donald Tramp administrasiyası könüllü geri qayıdış proqramını genişləndirib. Yeni təşəbbüs çərçivəsində 5 yaşdan yuxarı miqrant uşaqlara ABŞ-ni tərk etməyə razılaşdıqları təqdirdə 3 min dollar ödənilməsi təklif edilir.

“Bloomberg”in məlumatına görə, bu təklif daha əvvəl irəli sürülən və müşayiətçisi olmayan 14 yaşdan yuxarı yeniyetmələrə 2 500 dollar ödənilməsini nəzərdə tutan təşəbbüsü əvəz edib.

Hüquqşünaslar proqramla bağlı narahatlıqlarını ifadə edirlər. Onların fikrincə, yetkinlik yaşına çatmayan uşaqlar hüquqi yardım almadan tələsik qərarlar verməyə sövq edilə bilərlər. Bu isə onların gələcəkdə ABŞ-də sığınacaq almaq imkanlarını birdəfəlik itirməsi ilə nəticələnə bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər