Tramp-Putin razılaşması və ABŞ-yə üz tutan tanker: Maraqlı detal üzə çıxdı
ABŞ-yə Rusiyadan ilk dizel yanacağı yükünü daşıyan tanker yola düşüb. Bu, Donald Tramp və Vladimir Putin arasında əldə olunan razılaşmanın elan edilməsindən əvvəl baş verib.
TodayPress TV xəbər verir ki, dəniz nəqliyyatı üzrə analitik Mişel Vize Bokmanın “Windward” məlumatlarına istinadən yaydığı məlumata görə, “MINERVA ZEN” tankeri yaxın 48–72 saat ərzində ABŞ sahillərinə çatacaq.
Məlumata əsasən, tanker Sankt-Peterburq limanından sentyabrın 22-də yola düşüb. Bu isə Tramp və Putin arasında razılaşmanın elan olunmasından təxminən üç həftə əvvələ təsadüf edir.
Gəmi izləmə sistemlərinin məlumatları da tankerin sentyabrın 22-də Sankt-Peterburqdan çıxdığını və hazırda ABŞ-nin şərq sahilləri yaxınlığında, Atlantik okeanında olduğunu təsdiqləyir.
Bununla yanaşı, bəzi nəşrlərdə tankerin Rusiya gəmisi olduğu bildirilsə də, əslində “MINERVA ZEN” Yunanıstana məxsusdur.
Kübra Musayeva