Qadağa qapıdadır, Aİ isə Rusiyadan qaz daşıyır

Qadağa qapıdadır, Aİ isə Rusiyadan qaz daşıyır
10.10.2026 18:30 Dünya

Avropa İttifaqı 2026-cı ilin ilk doqquz ayında Rusiyadan rekord həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) alıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Rusiyadan ümumilikdə 7,88 milyard avro dəyərində, 12,14 milyon ton LNG idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

Rusiyanın LNG məhsulunun əsas alıcıları Fransa, Niderland və Portuqaliya olub.

İdxalın artması Aİ-nin Rusiya LNG-sinə tam qadağa hazırladığı dövrə təsadüf edib. Qadağanın 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər