Avropanın qapıları rusiyalılara bağlanır: Finlandiya elə bir tələb etdi ki…
Finlandiyanın Baş naziri Petteri Orpo Rusiya vətəndaşlarına Şengen turist vizalarının verilməsinin Avropa İttifaqı (Aİ) üzrə tamamilə dayandırılmasını tələb edib.
TodayPress TV xəbər verir ki, Orpo bu təşəbbüslə gələn həftə keçiriləcək Avropa İttifaqı Şurasının sammitində çıxış etməyi planlaşdırır.
Baş nazirin sözlərinə görə, Rusiya tərəfindən Aİ ərazisində təxribatların törədilməsi riski var. O, buna görə də ittifaqın bütün üzvlərinin rusiyalı turistlərə viza verilməsini dayandırmalı olduğunu bildirib.
Orpo Avropanın müxtəlif bölgələrində Rusiyayönlü mövqeyi ilə seçilən sağçı radikal partiyaların sayının artdığını da vurğulayıb. Onun fikrincə, Aİ ölkələrindən birində Rusiyaya loyal yanaşan hökumətin hakimiyyətə gəlməsi riski mövcuddur.
Finlandiyanın “Yle” nəşrinin məlumatına görə, 2025-ci ildə Avropada Rusiya vətəndaşlarına çoxsaylı viza verilsə də, Finlandiya həmin il rusiyalılara heç bir viza təqdim etməyib.
Kübra Musayeva