ABŞ-nin yeni raketi bu tarixdə döyüşə hazır olacaq

ABŞ-nin yeni raketi bu tarixdə döyüşə hazır olacaq
10.10.2026 22:28 Dünya

ABŞ-də “Patriot” hava hücumundan müdafiə sistemi üçün yeni raket təqdim edilib. Yeni raket hipersəsli hədəfləri daha uzaq məsafədən və daha yüksək hündürlükdə ələ keçirmək qabiliyyətinə malik olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, “Lockheed Martin” şirkətinin hazırladığı PAC-3 Edge raketi təkmilləşdirilmiş tuşlama sistemi və daha güclü mühərriklə təchiz ediləcək. Bu yeniliklər raketin sürətini və manevr imkanlarını artıracaq.

Raketin sınaqlarına 2027-ci ildə başlanılması planlaşdırılır. Onun 2031-ci ildə silahlanmaya qəbul edilməsi mümkün hesab olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər