Ər-Riyadda hava limanında partlayış - VİDEO
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanında partlayış baş verib.
TodayPress TV xəbər verir ki, hadisədən sonra hava limanının üzərində qatı qara tüstü müşahidə olunub.
Partlayışın səbəbi və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Hadisə yerindən görüntülər yayılıb.
Kübra Musayeva