Kokauri finalda uduzdu, amma Azərbaycanı medalsız qoymadı
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
TodayPress TV xəbər verir ki, , o, finalda rusiyalı İnal Tasoyevə məğlub olub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.