Zelenski və Makron telefonla danışdı - Rusiya ilə bağlı gözlənilməz DETAL
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat verilib.
Liderlər Rusiya neft məhsullarına qarşı sanksiyaların yumşaldılması ilə bağlı yaranan çətinlikləri müzakirə ediblər.
Zelenski Rusiyanın müharibəni uzatmaq imkanlarının məhdudlaşdırılmasının vacibliyini vurğulayıb. O, Rusiyanın hücumlarına cavab olaraq təzyiqlərin artırılmasının və birgə qəti addımların atılmasının vacib olduğunu bildirib.
Ukrayna Prezidenti, həmçinin Makrona dəstəyinə görə təşəkkür edib və ölkəsinin əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduğunu qeyd edib.
Tərəflər Ukrayna ilə tərəfdaşları arasında keçiriləcək görüşlərə hazırlıq və fəaliyyətlərin əlaqələndirilməsi məsələlərini də müzakirə ediblər.
Kübra Musayeva