Premyer Liqa: “Zirə” büdrədi, “Şamaxı” fürsəti əldən vermədi

Premyer Liqa: “Zirə” büdrədi, “Şamaxı” fürsəti əldən vermədi
10.10.2026 19:15 İdman

Azərbaycan Premyer Liqasının VII turunda "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib.

TodayPress TV xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə bitib.

"Zirə" hazırda turnir cədvəlində 11 xalla 5-ci pillədə yer alıb. 10 xala malik "Şamaxı" isə 7-cidir.

Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq.

Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər