Dünya çempionatında Azərbaycan qarşıdurması: Biri qazandı, biri uduzdu
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.