Cüdo nümayəndələrimizə sertifikatlar verildi
Bakıda keçirilən böyüklər arasında cüdo üzrə dünya çempionatı çərçivəsində Azərbaycan nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim olunub.
TodayPress TV xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.
Elçin İsmayılov və Fərhad Məmmədov 7-ci dan dərəcəsinə layiq görülüblər.
Elxan Məmmədov, İrina Kindzerska, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova isə 6-cı dan dərəcəsi üzrə sertifikatlar alıblar.
Qeyd edək ki, dan dərəcələri cüdoda ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.