Berlin Vaşinqtona rəğmən Rusiyaya "ayaq dirəyir"
Almaniya ABŞ-nin qərarına baxmayaraq, Rusiyaya sanksiyaları sərtləşdirmək niyyətindədir.
TodayPress TV "AFP"yə istinadən xəbər verir ki, Vaşinqtonun Rusiya ilə dizel yanacağının dünya bazarına çıxarılması barədə razılaşması Berlinin Moskvaya qarşı mövqeyini dəyişməyib.
Belə ki, Almaniya Avropa İttifaqının Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etməsi üçün səylərini davam etdirəcək.
Almaniya hökumətinin nümayəndəsi Ştefan Kornelius bildirib ki, Berlin ABŞ-nin Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyaları yumşaltmaq qərarını nəzərə alır. Bununla belə, Almaniya yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı Avropa tərəfdaşları ilə əməkdaşlığı davam etdirir.
Korneliusun sözlərinə görə, yanacaq qıtlığını azaltmağa yönələn razılaşma Almaniyanın Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi siyasətindən geri çəkilməsi demək deyil.