Pakistanın baş nazirindən Prezident Əliyevə sirli zəng - Azərbaycandan kömək istədi

Pakistanın baş nazirindən Prezident Əliyevə sirli zəng - Azərbaycandan kömək istədi
10.10.2026 20:02 Təhlil

Pakistanın baş nazirinin Azərbaycan Prezidentinə qəfil zənginin xüsusi əhəmiyyəti var.


TodayPress TV xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, kulluarlarda yayılan informasiyalar regionda çox ciddi hadisələrin cərəyan etdiyini göstərir.

“Son zamanlar xüsusən də Pakistanın İran və Qəzza üzərindən, o cümlədən Səudiyyə Ərəbistanı xəttində fəallaşması bütövlükdə çox ciddi şəkildə nəzərə çarpır və demək olar ki, Pakistanı Məkkə İttifaqında nəzərə alsaq, regionda böyük, ciddi oyunçuya çevrilməkdədir.

Bu proseslə bağlı, əlbəttə, Pakistan baş nazirinin Azərbaycana zəng etməsi, hesabat verməsi, regional proseslərlə bağlı məlumat verməsi kifayət qədər ciddi nüanslardan xəbər verir. O, eyni zamanda, zəngin ikinci hissəsində Azərbaycanın yeni “ASAN xidmət” təcrübəsinin bütün Pakistanda tətbiq olunması məsələsində Azərbaycan tərəfindən kömək istəyib”, – Əziz Əlibəyli bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər