Peşəkar Çövkən Liqasında çempionluq mübarizəsi qızışır

Peşəkar Çövkən Liqasında çempionluq mübarizəsi qızışır
10.10.2026 18:16 İdman

Peşəkar Çövkən Liqasında növbəti turun oyunları keçirilib. Qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) məlumat verilib.

Turun ən maraqlı görüşündə çempionluğa iddialı “Polad” və “Sərhədçi” komandaları üz-üzə gəlib. Qarşılaşma “Polad”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Elite” komandası “Embawood”a 1:0 hesabı ilə qalib gəlib. Turun digər iki oyununda isə 5:1 hesabı qeydə alınıb. “Şamaxı” “Xəzər”i, “Zəfər” isə “Omar”ı məğlub edib.

“Buta Golden” komandasının çempionatdan kənarlaşdırılması səbəbindən “Atilla”ya 6:0 hesablı texniki qələbə verilib. Beləliklə, komanda aktivinə ilk 3 xalı yazdırıb.

Sərrast oyunçular siyahısına “Sərhədçi”nin üzvü Vahid Məmmədov başçılıq edir. Onun hesabında 24 qol var. “Polad”ın oyunçusu Samir Pirimov isə 19 qolla ikinci pillədə qərarlaşıb.

Kübra Musayeva

FOTOLAR

Peşəkar Çövkən Liqasında çempionluq mübarizəsi qızışır — 1
Peşəkar Çövkən Liqasında çempionluq mübarizəsi qızışır — 2
Peşəkar Çövkən Liqasında çempionluq mübarizəsi qızışır — 3
XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər